525.Az

Merkeli Hitlerə bənzətdilər


 

Merkeli Hitlerə bənzətdilər<b style="color:red"></b>

Macarıstanın baş naziri Viktor Orban Almaniyanın baş naziri Anjela Merkeli Hitlerə bənzədib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Orban bir radio proqramında Merkelin Macarıstanla bağlı siyasətinin Hitlerin 1944-cü ildə apardığı işğal siyasətinə bənzədiyini deyib.

Hitler 1944-cü ilin martında Macarıstanı işğal etmək qərarına gəlmiş və bu ölkəylə bağlı əməliyyata da "Marqaret əməliyyatı" adını vermişdi.

Orban bunu xatırladaraq "Merkeldən son xahişimiz budur ki, ölkəmizəsüvari göndərməsin. Bir vaxtların faşist işğalı bunun yaxşı fikir olmadığını ortaya qoydu və bunun işə yaramadığı göründü" deyib.

Qeyd edək ki, Merkel Macarıstan hökumətini demokratiyadan və hüquqi dövlətdən uzaqlaşmaqda ittiham edib və "Macarıstanı yola gətirmək üçün hər şey edəcəyik. amma dərhal bir süvari göndərməyəcəyik" deyib.

 





21.05.2013    çap et  çap et