525.Az

Ermənistan müxalifəti Rusiyadan icarə pulu tələb edir


 

Ermənistan müxalifəti Rusiyadan icarə pulu tələb edir<b style="color:red"></b>

Ermənistanın müxalif İrs Partiyasının deputatı Zauri Postancıyan Rusiyadan bu ölkədəki hərbi bazası üçün icarə haqqı tələb olunmasını istəib.

"News.am" saytının xəbərinə görə, deputat tələbini Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmasıyla izah edib: "Biz öz məhsulumuzu pulsuz təqdim edirik, onlar isə öz məhsullarının qiymətini qaldırırlar. Bu, bizim xarici siyasətimizin iflasıdır".

Parlamentin spikeri Ovik Abramyan isə müxalifətçi deputata tələsməməyi, Rusiya ilə qazın qiymətinin artırılmasıyla bağlı danışıqların nəticəsini gözləməyi məsləhət görüb. Bundan sonra xalqı etiraza çağırmaq istəyən müxalif deputatın mikrofonu söndürülüb.

Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması xəbəri keçən günlərdə yerli mətbuatda yayılıb. "ArmRosqazprom" şirkəti erməni istehlakçılar üçün qazın qiymətinin artırılmasını tələb edib. Şirkət tələbini Rusiyanın Ermənistana satdığı qazın min kubmetrinin qiymətini 180 dollardan 270 dollara çıxarmasıyla izah edib.

TRT

 





21.05.2013    çap et  çap et