525.Az

Avropa Yayım Birliyindən cavab gəldi


 

Avropa Yayım Birliyindən cavab gəldi<b style="color:red"></b> “Eurovision - 2013” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçıları Azərbaycanın Rusiyaya verdiyi səslərin itməsi barədə iddiaları rəsmən təkzib edib. Lent.az-ın “haqqın.az”a istinadən məlumatına görə, bu barədə Avropa Yayım Birliyinin rəsmisi açıqlama verib.
 
Həmin şəxs deyib: “Hər şey dəqiq olub. Qayda pozuntuları olsaydı, biz xəbər tutardıq”.
 
Qeyd edək ki, Rusiya təmsilçisi Dina Qaripovaya mayın 18-də keçirilmiş finalda Azərbaycanın səs verməməsi hər iki ölkədə anlaşılmazlıqla qarşılanıb. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu bildirib ki, belə hal qeyri-mümkündür. Prezident İlham Əliyev isə xoşagəlməz insidenti araşdırmağa göstəriş verib.
 





21.05.2013    çap et  çap et