525.Az

Sumqayıtda yanğın baş verən yataqxanada mənzillərin təmirinə başlandı


 

Sumqayıtda yanğın baş verən yataqxanada mənzillərin təmirinə başlandı<b style="color:red"></b> Avqustun 5-də Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən 5 mərtəbəli yataqxanada baş verən yanğın nəticəsində zərər dəymiş mənzillərin bərpasına başlanıb.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun APA-ya verdiyi məlumata görə, yanğın nəticəsində yataqxanada məcburi köçkünlərin yaşadığı 22 mənzilə ziyan dəyib.
 
Artıq mənzillərin təmirinə başlanıb və mənzillərin qısa müddətdə təmirinin başa çatdırılması üçün iş aparılır: “Mənzillərin təmirinə 3 briqada cəlb olunub. Həmin mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”. 
 
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşlar üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.
 





09.08.2017    çap et  çap et