525.Az

"Retro Bakı" uğurla davam edir


 

"Retro Bakı" uğurla davam edir<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Fəvvarələr Meydanında reallaşan növbəti konsertdə tanınmış estrada müğənniləri - Əməkdar artist Lalə Məmmədova, Niyam Salami, Çinarə Bəkirova, Şəbnəm Qəhrəmanova, Türkan Vəlizadə, Mir Fərhad Həbibi, Səbinə Əskərova, Vüsal Hacıyev və digərləri, rəqqasə Səbinə İsmayılova və "Megas" qrupu öz çıxışları ilə tamaşaçıların zövqlərini oxşayıblar.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı" sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.

 

 





09.08.2017    çap et  çap et