525.Az

Prokuror Akif Çovdarov və digərlərinə cəza üçün vaxt istədi


 

Prokuror Akif Çovdarov və digərlərinə cəza üçün vaxt istədi<b style="color:red"></b> Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi xəbərə görə, iclasda müdafiə tərəfinin bir sıra vəsatətlərinə baxılıb.
 
Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
 
İclas qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
 





09.08.2017    çap et  çap et