525.Az

Nalbandyan: "Prezidentlərin görüşü hələlik dəqiqləşməyib"


 

Nalbandyan: "Prezidentlərin görüşü hələlik dəqiqləşməyib"<b style="color:red"></b> "Ermənistan və Azərbaycan prezidentlərinin görüşü barədə hələlik konkret məlumat yoxdur".
 
APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, xarici işlər nazirlərinin görüşü sentyabrın ikinci yarısında Nyu-Yorkda keçiriləcək.

O əlavə edib ki, görüşün gündəliyində duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin irəli aparılması üçün şəraitin yaradılmasıdır.
 





09.08.2017    çap et  çap et