525.Az

Çində relssiz tramvay


 

Çində relssiz tramvay <b style="color:red"></b>

Çində relssiz və naqillərsiz hərəkət edən tramvay yaradılıb.

AzərTAc “novate.ru” saytına istinadla bildirir ki, Çin mühəndisləri relsə ehtiyacı olmayan, 500-dək sərnişin daşıya bilən şəhər nəqliyyatı-tramvay yaradıblar.

Uzunluğu 9 metr təşkil edən vaqonlardan ibarət və saatda 70 kilometr sürətlə hərəkət edən tramvay bir neçə akkumulyatorla qidalanır və elektrik mühərriki ilə işləyir.

Akkumulyatoru tam doldurulan tramvay birdəfəyə 40 kilometr məsafə qət edə bilir.

 

 





09.08.2017    çap et  çap et