525.Az

Selena Qomes yeni filmə çəkiləcək


 

Selena Qomes yeni filmə çəkiləcək<b style="color:red"></b>

Amerikalı aktrisa və müğənni Selena Qomes Vudi Allenin yeni filmində baş rollardan birini canlandıracaq.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, çəkiliş meydançasında onun həmkarları Timoti Çalamet və El Fanninqdir. Layihənin adı hələ ki, açıqlanmayıb.

Allenin bundan əvvəl çəkdiyi “Dəbdəbəli həyat” və hələ ekranlara çıxmayan “Möcüzələr çarxı” filmləri kimi bu ekran əsəri də Amazon Studiyasında hazırlanacaq. “Möcüzələr çarxı”nın premyerası bu ilin oktyabrında Nyu-York kinofestivalında olacaq.

 





10.08.2017    çap et  çap et