525.Az

Qısamüddətli yağış yağacaq


 

Qısamüddətli yağış yağacaq<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Mülayim cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında mayın 22-də əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
Yaxın bir neçə gün respublikanın əksər rayonlarında temperaturun əlverişli olması kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək.

 





21.05.2013    çap et  çap et