525.Az

“Dəniz kuboku”nun iştirakçıları arasında mini-futbol yarışı


 

“Dəniz kuboku”nun iştirakçıları arasında mini-futbol yarışı <b style="color:red"></b> “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi, Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.
 
Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.
 
Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb.
 
Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
 
Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər.
 
Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.
 





10.08.2017    çap et  çap et