525.Az

Ramil Quliyev dünya çempionu oldu


 

Ramil Quliyev dünya çempionu oldu<b style="color:red"></b>

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub.

Qol.az-ın xəbərinə görə, 200 metr məsafəyə qaçışda həmyerlimiz finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20.09 saniyəyə çatıb.

Dünya çempionu olan həmyerlimiz bu zəfərini Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib.

 





11.08.2017    çap et  çap et