525.Az

Məleykə Abbaszadə keçid ballarından danışdı


 

Məleykə Abbaszadə keçid ballarından danışdı<b style="color:red"></b> “Bu il də aşağı balla universitetlərə qəbul mümkün olacaq”.

Lent. az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadənin sözlərinə görə, aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək özəl ali məktəblərə qəbul mümkün olacaq: “Dövlət sifarişli yerlərdə (DSY) bu il keçid balları aşağı olmayacaq. DSY-lərdə ödənişsiz təhsil almaq istəyən abituriyent 550-dən aşağı bal toplamamalıdır. Elə ixtisaslar var ki, hətta orada abituriyent ödənişli əsaslarla təhsil almaq istəsə belə nəticəsi 500 baldan yuxarı olmalıdır”.

M. Abbaszadə onu da vurğulayıb ki, bu il də Azərbaycan Tibb Universitetinə, eyni zamanda hüquqşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər 500 baldan yuxarı nəticə göstərməlidirlər. O qeyd edib ki, qızlar ödənişsiz təhsil almaq üçün daha çox orta ixtisas məktəblərinə sənəd verirlər.
 
 





21.05.2013    çap et  çap et