525.Az

"Veb dizayner" ixtisası üzrə kadr hazırlığına başlanıldı


 

"Veb dizayner" ixtisası üzrə kadr hazırlığına başlanıldı<b style="color:red"></b>

2017-2018-ci tədris ilindən dövlət-biznes partnyorluğu çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi STEP İT Academy ilə birgə "Veb-dizayner" ixtisası üzrə kadr hazırlığına başlanılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məzunlar təhsil müddəti 1 il olan "Veb dizayner" ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara beynəlxalq səviyyəli diplom veriləcəkdir. Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər. Ərizələrin qəbulu "ASAN Xidmət" mərkəzlərində aparılacaq."ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi  və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Ərizələrin qəbulu avqustun 22-dək  "ASAN xidmət" mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və  "ASAN xidmət"in birgə həyata keçirdiyi "ASAN peşə" layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

S.QARAYEVA

 





11.08.2017    çap et  çap et