525.Az

Çingiz Hüseynzadə Ramil Quliyev haqqında danışacaq


 

Çingiz Hüseynzadə Ramil Quliyev haqqında danışacaq<b style="color:red"></b>

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qol.az-ın məlumatına görə, konfrasda Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətiriləcək.

Tədbir 15 avqust saat 14:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Çingiz Hüseynzadə Ramil Quliyevi sərt tənqid etmişdi. Ramilin dünən qazandığı dünya çempionluğundan sonra MOK prezidentinin onun barəsində deyəcəkləri maraq doğurur.

 





11.08.2017    çap et  çap et