525.Az

Yemək yedikdən sonra yorğunluq hissinin səbəbləri nələrdir?


 

Yemək yedikdən sonra yorğunluq hissinin səbəbləri nələrdir?<b style="color:red"></b>

İşləyənlər üçün günün ən çətin saatları günorta yeməyindən sonradır. Böyük bir iştaha ilə yeyilən günorta yeməyi sonrasında yuxulamağın qarşısını almaq olduqca çətindir. Bu vəziyyəti mütəmadi olaraq yaşayanların qidalanmalarında bəzi düzəlişlər etmələri vacibdir. Yeməkdən halsızlaşmaların səbəbləri nələrdir?

AzərTAc Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasinın saytına istinadən xəbər verir ki, bu halın yaranmasının əsas səbəblərindən bir neçəsini misal çəkmək olar. Bunlar üçün orqanizmin həzm üçün çox enerjiyə ehtiyac olması, enerji ehtiyacını ödəmək üçün digər sistemlərin zəifləməsi, həzm sisteminə qan axımının artması, beyni qidalandıran qan miqdarının azalması, yeyilən karbohidrat miqdarına uyğun olaraq insulin sintezinin artması kimi səbəblərdir. İnsulinin çox miqdarda sintezi ani qan şəkərinin düşməsinə səbəb olur ki, eyni zamanda serotoninin də ifrazını artırır və yuxulama halı yaradır.

Bir sıra yollarla bu halın qarşısını almaq mümkündür. Bunun üçün çox ac vəziyyətdə süfrəyə oturmamağa diqqət yetirmək lazımdır. Bundan əlavə yemək aralarında aclıq hiss etdikdə meyvə və ya çərəz kimi yüngül qidalar qəbul edilməlidir. Yeməyin çox və uzun müddət çeynənməsi, karbohidrat və yağ miqdarının azaldılması, yeməyin yanında salatın olması, qızartmalardan mümkün qədər az istifadə edilməsinə diqqət yetirmək lazımdır.

 





11.08.2017    çap et  çap et