525.Az

Makronun reytinqi 36%-dək enib


 

Makronun reytinqi 36%-dək enib<b style="color:red"></b> Prezident Emmanuel Makronun postunda ilk 100 günlük fəaliyyətini fransızların 36%-i dəstəkləyib.
 
APA-nın xəbərinə görə, bu barədə “Ifop” xidmətinin “Le Figaro” qəzetinin sifarişi ilə apardığı sorğunun nəticəsində qeyd olunur.
 
Sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i Fransa prezidentinin fəaliyyətini müsbət, 64%-i isə mənfi kimi qiymətləndirib. Avqustun 7-9-da keçirilən sorğuda 1 000 respondent iştirak edib.
 
Qeyd edək ki, mayda keçirilən ilk sorğuda E.Makron 62% müsbət rəy almışdı.
 





12.08.2017    çap et  çap et