525.Az

Tramp: “KXDR ABŞ-ı təhdiddə davam etsə...”


 

Tramp: “KXDR ABŞ-ı təhdiddə davam etsə...”<b style="color:red"></b> KXDR ABŞ-ı təhdid etməkdə davam etsə peşman olacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
 
“Əgər Kim Çen Indan daha bir təhdid səslənsə. Əgər Quam, ABŞ-ın istənilən ərazisi və müttəfiqlərinə qarşı hər hansı addım atsa, tezliklə peşman olacaq.

Güman edirəm ki, Şimali Koreya dediyimin ciddiliyini anlayır. Bu, anlamaq üçün çox sadə sözlərdir”, deyə D.Tramp mətbuat konfransında bildirib.
 





12.08.2017    çap et  çap et