525.Az

Keniyanın paytaxtında kütləvi iğtişaşlar


 

Keniyanın paytaxtında kütləvi iğtişaşlar <b style="color:red"></b> Keniyanın paytaxtı Nayrobi şəhərində kütləvi iğtişaşlar başlayıb.
 
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, buna ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlanması səbəb olub.
 
Keniyanın hazırkı prezidenti Uhura Keniata ikinci müddətə seçilib. Seçkilərdə 54% səs toplayan U.Keniata rəqibi, sabiq baş nazir Railu Odinqunu (44%) qabaqlayıb.
 
Yüzlərlə polis əməkdaşı ictimai asayişi təmin etməyə çalışsa da, şəhərin müxtəlif ərazilərində atəş səslərinin eşidildiyi bildirilir. 
 
Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçkilər prosesində kobud pozuntu hallarının olmadığını təsdiqləyiblər.
 





12.08.2017    çap et  çap et