525.Az

Trampın reytinqi yüksəlib


 

Trampın reytinqi yüksəlib<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlməyə başlayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Rasmussen reports” şirkətinin keçirdiyi rəy sorğusu göstərib.
 
Sorğunun nəticələrinə əsasən, respondentlərin 45%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 53%-i isə mənfi kimi qiymətləndirib. Eyni zamanda respondentlərin 29%-ı Trampı tam dəstəklədiyini, 44%-i isə qəti etimad göstərmədiyini bildirib.
 
Sorğuda 1 500 respondent iştirak edib.
 
Qeyd edək ki, avqustun əvvəlində Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi ən aşağı həddə düşmüşdü. Respondentlərin 33%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 61%-i isə mənfi  qiymətləndirmişdi. Yanvarın 22-də keçirilən ilk sorğuda D.Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.
 





12.08.2017    çap et  çap et