525.Az

Koen qardaşlarının ilk serialı 2018-ci ildə ekranlara çıxacaq


 

Koen qardaşlarının ilk serialı 2018-ci ildə ekranlara çıxacaq<b style="color:red"></b>

Tanınmış amerikalı rejissorlar – İtan və Coel Koen qardaşlarının çəkdikləri ilk teleserialın premyerası 2018-ci ildə olacaq.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, vestern janrında lentə alınan “Baster Skraqs haqqında ballada” serialı Vəhşi Qərb haqqında 6 əhvalatdan ibarətdir. Layihədə Koen qardaşları rejissorluqdan əlavə, həm ssenarist, həm də Meqan Ellison və Syu Naeqlə birlikdə icraçı prodüserlərdir. Koenlər “Farqo” serialında icraçı prodüser olsalar da, həmin filmdə rejissor kimi işləməyiblər. Onlar, həmçinin “Böyük Lebovski”, “Bura qocaların yeri deyil” və “Oxuduqdan sonra yandır” adlı əsərlər çəkiblər. Rejissorların son işləri olan “Yaşasın Sezar” filmi Berlin kinofestivalının açılışında - 2016-cı ildə ekranlara çıxıb.

Qeyd edək ki, vestern janrı qardaşlar üçün yeni deyil. 2010-cu ilin dekabrında lentə aldıqları “Dəmir tutma” filmi Koenlərin çəkdiyi ekran əsərləri arasında ən gəlirli olmaqla, kinematoqrafiya tarixində ən uğurlu vestern sayılıb. Film “Oskar” mükafatının 10 nominasiyasında təqdim olunmasına baxmayaraq, heç bir yer qazanmayıb.

İtan və Coel Koenlərin yaradıcılıq işləri 70-fən artıq kino mükafatına, o cümlədən dörd dəfə “Oskar”, iki dəfə BAFTA, Kann kinofestivalının “Qızıl palma budağı” və digər mükafatlara layiq görülüblər.

 





12.08.2017    çap et  çap et