525.Az

Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq


 

Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq<b style="color:red"></b> Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.

APA-nın xəbərinə görə, boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək.
 
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin)  ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar  “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
 





14.08.2017    çap et  çap et