525.Az

Çovdarov və digərlərinin məhkəməsi təxirə salındı


 

Çovdarov və digərlərinin məhkəməsi təxirə salındı<b style="color:red"></b> Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
Vəkil Şahin Rəfiyevin APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, Akif Əliyevin vəkili Anar Qasımlı səhhəti ilə bağlı iclasda iştirak edə bilmir. Bu səbəbdən proses avqustun 16-dək təxirə salınıb.
 
Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısının çıxışı gözlənilirdi.
 





14.08.2017    çap et  çap et