525.Az

Balaxanı-Binəqədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq


 

Balaxanı-Binəqədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b> Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.
 

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.
 
“Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.
 





14.08.2017    çap et  çap et