525.Az

Gənclərin Simulyasiya Akademiyası başladı


 

Gənclərin Simulyasiya Akademiyası başladı<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Simulyasiya Akademiyası” layihəsini həyata keçirir.

Təşkilatdan verilən məlumata görə, layihənin əsas məqsədi ölkə gəncliyinin sosial-iqtisadi məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da hədəf kimi seçilib.

Layihə müddətində təşkilatçılar qərar qəbulu məsələlərində gənclərin proaktiv fəaliyyətinə dəstək verməklə gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etmək üçün “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” və “Dövlət strukturlarında qərar qəbulu” kimi mövzularda təlimlər keçirəcəklər.
Layihənin 1-ci günü təlimçi Mirəziz Əzizli “Biznes plan və sahibkarlıq” mövzusunda təlim keçirib. İştirakçılar təlim mövzusu haqqında ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

Layihə çərçivəsində Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş “Azərbaycan 2020 : gələcəyə baxış” inkişaf konsepsiyası - strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunub. Ölkə iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Məhz sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyllərinin artırılması, qərar qəbuletmə prosesində risklərin idarə olunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq “Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası həyata keçirilir.

Qeyd edək ki, təlimlərdən sonra “workshop” (qrup işləri) ilə gənclər tərəfindən simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanıb, müxtəlif qurumlara təqdim ediləcək.

Ceyhun ABASOV

 





14.08.2017    çap et  çap et