525.Az

Mehman Əliyevin jurnalistləri təhqir etməsinə cavab gəldi


 

Mehman Əliyevin jurnalistləri təhqir etməsinə cavab gəldi<b style="color:red"></b>

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat” qəzetinə açıqlamasında jurnalistlərə paylanacaq evlərlə bağlı danışarkən təhqiredici ifadə işlədib. “Bunu dövlətin jurnalistə qayğısı kimi göstərirlər. Əslində isə mətbuatın inkişaf etməsi üçün bütün yollar bağlanır, sonra da gətirib jurnalistin qarşısına sümük atırlar. Mən bunu sümük kimi qəbul edirəm”, - deyə qeyd edib. Modern.az bu açıqlama ilə bağlı ilə bir neçə media orqanından münasibət öyrənib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun cavabı belə olub: “Hər şeydən öncə hər hansı bir ölkədə istənilən peşə sahibinin sosial probleminin yüksək səviyyədə həll olunması cəmiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çox təəssüf ki, Azərbaycan reallığında bəzi şəxslər belə məsələlərə qeyri-adekvat münasibət bildirirlər. Bununla da əslində mənsub olduqları camiyəni deyil, özlərini təhqir etmiş olurlar. Hesab edirəm ki, bütövlükdə hər hansı bir prosesə, xüsusən, jurnalistlər tərəfindən bu formada münasibət bildirmək doğru deyil. Bu, ictimai əxlaqa, mənəvi dəyərlərimizə ziddir. Dünyanın heç bir yerində dövlət qayğısına diqqətə görə bu cür uyğun olmayan qeyri-adekvat münasibət göstərilmir”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şərh verməkdən imtina etdi. “Mənim bu barədə fikrim yoxdur. Məsələyə aidiyyatı olan jurnalistlərlə sorğu aparın”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov ifadənin düzgün işlədilmədiyini bildirib. “Lap başqa formada fikrini ifadə etsəydi və yenə bu mənanı versəydi belə mən bununla razılaşmazdım. Jurnalistlər hamısı Azərbaycan dövlətinin vətəndaşlarıdır. O mənzillər də Azərbaycan dövlət büdcəsindən ayrılan pullar hesabına tikilir. Siyasi yönümündən asılı olmayaraq ehtiyacı olan hər bir jurnalist mənzillə bağlı müraciət etməlidir”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Mehman Əliyevin jurnalist həmkarlarına bu cür ifadənin işlədilməsinin yolverilməz olduğunu vurğulayıb

 





21.05.2013    çap et  çap et