525.Az

Su üzərində ev


 

Su üzərində ev<b style="color:red"></b>

Böyük Britaniyanın “Schopfer Associates” arxitektura şirkəti su üzərində gözəl bir evin layihəsini təqdim edib.

AzərTAc “novate.ru” saytına istinadla bildirir ki, “Sting Ray” adlanan evin platformasında 2 avtomobil üçün qaraj, cakuzi və baseyn var.

Evin 2 mərtəbəsinin bir mərtəbəsində qonaq və yemək otaqları, digərində isə 3 yataq, 3 vanna otağı və qarderob yerləşir.

Layihəçilər əmin edirlər ki, onun tikintisində ətraf mühitə az təsiri olan “yaşıl texnologiya”dan istifadə ediləcək.

 





14.08.2017    çap et  çap et