525.Az

Gürcüstanın sabiq baş naziri həbs edild


 

Gürcüstanın sabiq baş naziri həbs edild<b style="color:red"></b> Bir saat əvvəl Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili həbs edilib.
 
Bu barədə Lent.az-a Gürcüstandakı mənbələrdən daxil olub.
 
Vano Merabişvili  Qərbi Gürcüstanda vilayət prokurorluğunda dindirildikdən sonra onun barəsində həbs qəti-imkan tədbiri seçilib. Sabiq baş nazir Kaxetiyanın qubernatoru Zurab Çiaberaşvili ilə birlikdə saxlanılıb. Vano Merabişvili Məşğulluq Proqramı ilə bağlı cinayət işi üzrə 3 maddə ilə, o cümlədən Sandro Qirqvlianinin ölümü və 26 may aksiyasının dağıdılmasına günahlandırılır.
 
Qeyd edək ki, Vano Merabişvili prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasınln baş katibidir. O, oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə əsas namizədlərdən sayılir.
 





21.05.2013    çap et  çap et