525.Az

“Abituriyent” jurnalının 8-ci nömrəsi çap olundu


 

“Abituriyent” jurnalının 8-ci nömrəsi çap olundu<b style="color:red"></b> Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

DİM-dən APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının 8-ci nömrəsində 2017/2018-ci tәdris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
 
Jurnalı “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq olar.
 
Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
 





15.08.2017    çap et  çap et