525.Az

Elmar Məmmədyarov: "...sülh sazişi hazırlana bilər”


 

Elmar Məmmədyarov: "...sülh sazişi hazırlana bilər”<b style="color:red"></b>

“Danışıqlarda ən böyük maneə Azərbaycan ərazilərində erməni postlarının olmasıdır”

“Son iki ildə Dağlı Qarabağla bağlı danışıqlarda konkretlik yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, status-kvo dəyişdirilməlidir: “2004-cü ildə başlayan Praqa prosesinə görə, Ermənistan tərəfi Qarabağətrafı ərazilərin boşaldılmasını öz öhdəsinə götürmüşdü. Azərbaycan tərəfi isə təhlükəsizliyin təmin edilməsini öhdəlik kimi qəbul etmişdi. Sonra isə iki dövlət arasında iqtisadi əlaqələr qurulmalı idi. 2007-ci ildə Madrid prinsipləri razılaşdırıldı. 2009-cu ildə isə Afinada ATƏT xarici işlər nazirlərinin görüşündə Madrid prinsiplərinə yeni müddəalar əlavə olundu. Bundan sonra müxtəlif səviyyələrdə 10-dan artıq görüş keçirildi. Prezidentlər səviyyəsində ilk və yeganə sənəd olan Moskva deklarasiyası imzalandı. Kazan və Soçi görüşlərində sonra isə danışıqlarda durğunluq yarandı”.
 
Elmar Məmmədyarov Praqa prosesinin davam etdirilməsinə tərəfdar olduğunu söyləyib: “Şadam ki, erməni həmkarım Ermənistan tərəfinin altı bəndlik prinsipi qəbul etməsi ilə bağlı bəyanat verib. Bu altı bəndlik prinsip skelet rolunu oynayacaq. Onun ətrafında sülh sazişi hazırlana bilər. Fikrimcə, danışıqlarda ən böyük maneə Azərbaycan ərazilərində erməni postlarının olmasıdır”.

 





21.05.2013    çap et  çap et