525.Az

"Qazprom" şirkəti ziyan çəkəcək"


 

ELXAN ŞAHİNOĞLU: "RUSİYA ERMƏNİSTANA UCUZ SATDIĞI QAZIN QİYMƏTİNİ QALDIRMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQ"

"Qazprom" şirkəti ziyan çəkəcək"<b style="color:red"></b>

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox "Qazprom" şirkəti ziyan çəkəcək".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan "Qazprom" nəhəng layihələrini həm də xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırır: "Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə "Qazprom" şirkətidir. Demək, Rusiyaya qarşı sanksiya elə "Qazprom"a qarşı sanksiya deməkdir".

Politoloq bildirib ki, Ermənistan tamamən "Qazprom" şirkətinin idxalından asılıdır: "Qazprom" isə Amerikanın sanksiyaları ucbatından siyasi səbəblərdən Ermənistana ucuz satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq".

Mərkəz sədri hesab edir ki, Amerikanın Rusiyaya qarşı sanksiyalarının sərtləşdirməsinin Azərbaycana da müəyyən təsirləri mümkündür: "Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların vətənlərindəki qohumlarına göndərdikləri maliyyə vəsaiti azalacaq. İkincisi, kənd təssərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq. Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən, Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq".

E.Şahinoğlu əlavə edib ki, məsələnin siyasi tərəfi də var: "Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir".

Ceyhun ABASOV

 





15.08.2017    çap et  çap et