525.Az

Ermənistanın son addımları işğalçı siyasətini davam etdirmək niyyətini göstərdi


 

Ermənistanın son addımları işğalçı siyasətini davam etdirmək niyyətini göstərdi <b style="color:red"></b>

"Ermənistanın bütün təxribatları sülh danışıqlarından yayınmağa, status-kvonu davam etdirməyə istiqamətlənib".

Bu fikirləri millət vəkili  Tahir Mirkişili Ermənistanın son təxribatlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, tarix boyu cinayət əməlləri törədən ermənilər 30 ilə yaxındır ki, bu "missiyaları"nı yenidən davam etdirirlər: "1988-ci ildən başlayaraq Ermənistan ərazisində Azərbaycan əhalisinə qarşı divan tutulması, 1992-ci ildə Xocalıda azərbaycanlı uşaqlarına qarşı divan tutulması, daha sonra bu il Füzulidə azyaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət və cinayət daşımasını bütün dünyada hər kəs görür. Məsələn, biz ATƏT Parlament Assambleyasının üzvü kimi orada da bu məsələni qabartdıq. Təbii ki, bu dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir". Onun sözlərinə görə, bu, sadəcə hər hansı bir torpaq iddiası və separatizmlə bağlı olan bir məsələ deyil: "Bu, Ermənistan rəhbərliyinin özünün xislətinin, xasiyyətinin göstəricisidir. Hər zaman cinayətkar rejim uduzduğu, zəiflik göstərdiyi zaman onların əl qaldırdığı kiçik azyaşlı uşaqlar və mülki əhali olub.
 
Rəsmi İrəvan hər zaman uduzduğunu, Azərbaycan ordusunun gücünü gördükcə, diplomatiyada uduzduqca, Azərbaycan prezidentinin qarşısındakı hər hansı bir arqumentlərə cavab verməkdə çətinlik çəkdikcə, o zaman onların bacardığı tək bir şey var ki, o da Azərbaycan kəndlərini atəşə tutmaq və mülki əhalini qətlə yetirməkdir. Təbii ki, biz də hər zaman bu məsələni qaldırdığımız zaman qeyd edirik ki, cinayətkar rejim cəzasız qaldıqca, bu cinayətlərin sayı daim artmaqda davam edir. Təcrübə göstərir ki, Ermənistanın bu cinayətkar rejimdən əl çəkməsi üçün bəlli bir təzyiqə, sanksiyalara böyük ehtiyacı var. Çünki bu sanksiyalar olmadıqca Ermənistan öz əməlindən əl çəkməyəcək".

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova isə vurğulayıb ki, dinc əhaliyə, uşaqlara atəş açılması bir daha bu cinayətkar dövlətin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: "İşğalçı ölkənin silahlı qüvvələri bu cür terrorçu təxribatlarla uşaqları, qadınları hədəfə almaqla vandalizm aktlarını davam etdirir. Bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini, İrəvandakı kriminal rejimin terrordan qidalandığını göstərir. Şübhəsiz ki, insanlığa sığmayan, beynəlxalq hüquq normalarına zidd olan bu cür təxribatçı əməllər dünya ictimaiyyəti - beynəlxalq təşkilatlar və ayrı-ayrı milli dövlətlər tərəfindən kəskin şəkildə qınaq obyektinə çevrilməli, işğalçı ölkəyə qarşı müvafiq islahedici tədbirlər görülməlidir".

S.Qafarova əlavə edib ki, işğalçı Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların pozulmasına nail olmaqdır: "Ermənistan işğalçı siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu ölkə konkret olaraq mövcud status-kvonun davam etməsinin tərəfdarıdır, münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini istəmir, sülh tərəfdarı deyil. Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək müxtəlif manevrlər edir. Beynəlxalq hüquq normalarına zidd olan təxribatların törədilməsi də bunun tərkib hissəsidir. Təəssüf ki, bu təxribatlar nəticəsində günahsız insanlar, uşaqlar, yaşlılar, mülki vətəndaşlar ziyan çəkirlər. Beynəlxalq ictimaiyyət nəhayət ikili standarta son qoymalı, Ermənistanın bu terrorçu fəaliyyətinə qarşı adekvat addımlar atmalıdır. Mülki insanların, o cümlədən, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir".

PƏRVANƏ

 





15.08.2017    çap et  çap et