525.Az

"Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub"


 

"Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub"<b style="color:red"></b> Azərbaycanda məktəbəqədər təhsil sahəsi üzrə yeni dövlət standartları hazırlanıb.
 
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, artıq "Məktəbəqədər təhsil haqqında" dövlət  standartlarının layihəsi təsdiq olunması üçün hökumətə təqdim olunub.
 
Onun sözlərinə görə,  növbəti  illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsilini yeniləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq: "Məktəbəhazırlıq qruplarının tədris proqramlarında dəyişikliklər edilib və çap edilərək yerlərə göndərilib. Bu il ölkədə "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edildi.

Strategiya sənədlərinə əsasən  bütün təhsil sahələrinin məzmununun təkmilləşdirilməsi, yeni tələblərə uyğun  məzmunun müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb və bu işlər davam etdirilir.

Məktəbəqədər təhsilin, o cümlədən  məktəbəhazırlıq kurikulumunun, dövlət  standartlarının hazırlanması bu istiqamətdə atılan addımlardan biridir. Hazırda ölkə təhsilinin məzmununda yeni yanaşmalar var. Uşaqlarda daha çox düşüncə tərzinin, təfəkkürün inkişaf etdirilməsi əsas götürülür. Artıq təhsildə hafizədən, yaddaşdan təfəkkür və düşüncənin inkişafına keçilir".
 





15.08.2017    çap et  çap et