525.Az

“Buta Airways” həftədə 14 dəfə Bakı-Tbilisi-Bakı reysini yerinə yetirəcək


 

“Buta Airways” həftədə 14 dəfə Bakı-Tbilisi-Bakı reysini yerinə yetirəcək<b style="color:red"></b> Sentyabr ayının 1-dən “Buta Airways” aşağı büdcəli aviaşirkət Bakı-Tbilisi-Bakı istiqaməti üzrə mütəmadi uçuşlar yerinə yetirəcək.
 
APA-nın yerli bürosu Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla xəbər verir ki, uçuşlar həftədə dörd dəfə olmaqla Embraer E190 / E170 təyyarələri ilə həyata keçiriləcək.
 
Oktyabrın 29-dan etibarən isə “Buta Airways” aviaşirkəti həftədə 14 dəfə olmaqla (gündə iki dəfə) Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar yerinə yetirəcək.
 
Gürcüstanın Mülki Aviasiya Agentliyi avqustun 9-da “Buta Airways” şirkətinə uçuşların yerinə yetirilməsi ilə bağlı müvafiq lisenziya təqdim edib.
 





15.08.2017    çap et  çap et