525.Az

Ermənistanda əsgər intihar etdi


 

Ermənistanda əsgər intihar etdi<b style="color:red"></b> Ermənistanda əsgərin asılmış vəziyyətdə meyiti tapılıb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti ötən gün Şirak vilayətinin Atsik kəndində aşkar edilib.

O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış.

Milliyyətcə yezidi olan A. Sloyan Armavirdə xidmət edib. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil.
 
Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
 





15.08.2017    çap et  çap et