525.Az

Harri Potterin “doğulduğu” ev satışa çıxarıldı


 

Harri Potterin “doğulduğu” ev satışa çıxarıldı<b style="color:red"></b>

Harri Potter filmlər seriyasında gənc sehrbazın doğulduğu və uşaqlıq dövrünün keçdiyi “De Vere House” adlı ev 1 milyon funt-sterlinqə satışa çıxarılıb.

AzərTAc BBC-yə istinadla xəbər verir ki, həmin ev İngiltərədə yerləşir. “Harri Potter və ölüm yadigarları” filmi də məhz bu evdə çəkilib.

Altı yataq otağı, dörd hamamı olan ev son beş ildə ikinci dəfə satışa çıxarılıb. XIV əsrin arxitekturası əsasında tikilən evin böyük tarixi dəyəri var.

Ev İngiltərədə ən yaxşı qorunmuş orta əsrlər kəndi hesab edilən Lavenhamda 340 bina arasında yerləşir.

Əmlakçı Carter Conas deyib ki, bu ev Lavenham vilayətinin ən qiymətli mülklərindən biridir.

 





15.08.2017    çap et  çap et