525.Az

Şəffaflığı bir dəqiqəyə dəyişdirilə bilən “ağıllı” pəncərələr


 

Şəffaflığı bir dəqiqəyə dəyişdirilə bilən “ağıllı” pəncərələr <b style="color:red"></b>

Amerikalı alimlər günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.

AzərTAc tehnot.com saytına istinadla xəbər verir ki, hazırda şəffaflığı dəyişdirilə bilən "ağıllı" pəncərələr mövcuddur. Sərnişinlər bəzi “The Boeing 787 Dreamliner” hava gəmilərində düyməyə sıxmaqla öz illüminatorlarının şəffaflığını dəyişdirə bilirlər. Bu cür həllər şüşənin qatları arasında çəkilmiş xüsusi geldən istifadə nəticəsində mümkün olur. Elektrik enerjisinin verilməsi şəffaflığı dinamik dəyişdirməyə imkan verir. Digər tərəfdən, bu yanaşma kifayət qədər baha başa gəlir, şəffaf vəziyyətə keçid 20 dəqiqəyə kimi vaxt alır. Gel isə vaxt keçdikdə öz xüsusiyyətini itirir.

Maykl Makqinin rəhbərliyi ilə ABŞ-ın Stenford Universitetinin alimləri tamamilə yeni texnologiya təklif ediblər. Alimlər tərəfindən düzəldilmiş "ağıllı" pəncərələr bir dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.

Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.

 





15.08.2017    çap et  çap et