525.Az

Trampdan 3 müşavirini istefaya göndərmək xahiş olundu


 

Trampdan 3 müşavirini istefaya göndərmək xahiş olundu<b style="color:red"></b> Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları  məktubda Ağ Evdəki üç köməkçisi – Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkunu  istefaya göndərməyi xahiş ediblər.  
 
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, qaradərili, Latın Amerikası və Asiya ölkələrindən olan milli azlıqların rəhbərləri Şarlottsvill şəhərindəki (Virciniya ştatı ) iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Məktubda qeyd olunur ki,  qeyd olunan məmurların Ağ Evdə mövcudluğu “ağdərililərin digərlərin üzərində üstünlüyünü gücləndirir”.  
 
“Bu qeyri-sabit dövrdə amerikalılar hamımızı birləşdirəcək və aramızda nifaq salmağa çalışanları qınayacaq bir liderə layiqdirlər”, - deyə məktubda qeyd olunur.  
 





16.08.2017    çap et  çap et