525.Az

Kolumbiyalı üsyançılar siyasi partiya yaratdılar


 

Kolumbiyalı üsyançılar siyasi partiya yaratdılar<b style="color:red"></b> Kolumbiya İnqilabi Silahlı Qüvvələri (KİSQ/FARC), FARC abreviaturasını saxlamaqla adını dəyişərək, siyasi partiya kimi fəaliyyət göstərəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkat liderlərindən biri olan Lusiano Marin Aranqo bildirib. 
 
“Tezliklə biz yeni partiyanın təsis qurultayını keçirəcəyik. Şübhəsiz ki, yeni partiya Kolumbiyanın İnqilabi Alternativ Qüvvəsi (ispan dilində hərəkatın əvvəlki adının abreviaturası FARC (Fuerzas Armadas Revolucionarias de Colombia) yaradılan partiyanın abreviaturası ilə eynidir FARC (Fuerza Alternativa Revolucionaria de Colombia) – red.). Biz keçmişimizlə əlaqəni kəsmək istəmirik və inqilabi qüvvə olaraq qalmaqdayıq”, - deyə  “İvan Markes” adı ilə tanınan Lusiano Marin Aranqo bildirib. 
 
Yeni partiyanın təsis qurultayını 26-29 avqust tarixlərində keçirmək nəzərdə tutulub.  
 





16.08.2017    çap et  çap et