525.Az

Azərbaycanda 15 min sayt var


 

Azərbaycanda 15 min sayt var<b style="color:red"></b>

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artır.

AzərTAc "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 15 min 340 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1.894, qeydiyyata düşən domenlərin sayı isə 4.048-dir.

Domenlərin böyük əksəriyyəti ".az" (14.234) domeninin payına düşür. Həmçinin 640 ".com.az" domeni qeydiyyatdan keçib.

 





02.10.2012    çap et  çap et