525.Az

Əncirin bilmədiyiniz faydaları


 

Əncirin bilmədiyiniz faydaları <b style="color:red"></b>

Axşam.az xarici KİV-ə istinadən əncirin bilmədiyiniz faydaları haqda məlumat verir:

1. Əncir öskürək və bronxit zamanı yaxşı kömək edir. Süddə bişirilmiş əncir nəfəs yollarını təmizləyir, bəlğəmin çıxmasını asanlaşdırır.

2. Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitə kimi tanınır. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir.

3. Əncirin ürək üçün faydası çoxdur - ürək əzələsini möhkəmləndirir, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edirlər.

4. Bu meyvənin köməyi ilə eyni zamanda zəhərlənmə, yaralar, xoralar, kişilərdə cinsi zəiflik, iltihablar kimi xəstəliklər müalicə olunur.

 





16.08.2017    çap et  çap et