525.Az

Bakıda qadın bina evində 70 it saxlayır - Video


 

Bakıda qadın bina evində 70 it saxlayır - <b style="color:red">Video</b>

Paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər.

525.az-ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar.

Deyilənə görə, İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır. Qonşular itlərin hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.

Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb.

 





16.08.2017    çap et  çap et