525.Az

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirə bilər


 

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirə bilər<b style="color:red"></b>

Şimali Koreyanın ballistik raket sınaqlarının ardınca, ABŞ Cənubi Koreya ərazisinə nüvə silahı yerləşdirə bilər.

Rusiya mətbuatının verdiyi xəbərə görə, Cənubi Koreyanın əsas müxalif partiyası - “Azad Koreya” ABŞ nüvə silahını ölkə ərazisində yerləşdirməsinə nail olmağa çalışır.
 
Partiya deputatları bu barədə məruzə hazırlayırlar.
 
Xatırladaq ki, əvvəllər rəsmi Vaşinqton Cənubi Koreyada nüvə silahı yerləşdirmək niyyətində olmadığını, bunun regionda təhlükəli silahlanma yarışına gətirib çıxara biləcəyini bildirirdi.

Zeynəb ƏKBƏR

 





16.08.2017    çap et  çap et