525.Az

“Cavab oyununda “Qarabağ”dan güclü oynayacağıq”


 

“Cavab oyununda “Qarabağ”dan güclü oynayacağıq”<b style="color:red"></b>

“Kopenhagen”in müdafiəçisi Nikolay Boylesen Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olduqlar oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə,  o, nəticənin onlar üçün yaxşı olmadığını deyib:

- Həm oyunumuzdan, həm də nəticədən narazıyam. İstədiyimiz kimi oynaya bilmədik. “Qarabağ” yaxşı təşkilatlanmış komandadır. Düzdür, bizim də şanslarımız oldu. Ancaq alınmadı. Qarşıda daha bir oyunumuz var.
 
- Mərhələni dayandıraraq mübarizəni Avropa Liqasında aparmaq komandaya necə təsir edəcək?

- Bu barədə qəti düşünmürük. Hədəfimiz öz meydanımızda qalib gəlib, ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdır. Avropa Liqası barədə düşünməmişik.
 
- “Qarabağ” gözlədiyiniz oyunu nümayiş etdirdi?

- Ümumiyyətlə, bu elə bir turnirdir ki, zəif rəqib yoxdur. Çətin yarışdır. Komandalar öz ölkələrinin ən güclüsüdür. “Qarabağ” yaxşı komandadır. Ancaq cavab matçında biz daha güclü oynayacağıq.
 
- Erik Yohanssonun yoxluğu hiss olunurdu?

- Erik bizim üçün ciddi itkidir. Təbii ki, onun yoxluğu böyük zərbədir.

 





16.08.2017    çap et  çap et