525.Az

Suriya XİN: “ABŞ terroru dəstəkləyir”


 

Suriya XİN: “ABŞ terroru dəstəkləyir”<b style="color:red"></b>

Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad Dəməşqdə keçirdiyi mətbuat konfransında ABŞ-ı terroru dəstəkləməkdə günahlandırıb.

Rusiya mətbuatının xəbərinə görə, F.Mikdad Suriyanın bəzi rayonlarını terrorçulardan azad edərkən onların hərbi bazalarında “Federal Laboratories” şirkətinə məxsus hərbi sursatlar, Böyük Britaniyanın “Cherming Defence UK” və ABŞ-ın “NonLethal Technologies” şirkətlərinə məxsus zəhərləyici maddələr aşkar edilib.

Mikdad onu da qeyd edib ki, Hələb şəhəri terrorçulardan təmizlənən zaman şəhərdə eyni şirkətlərə məxsus silahlar aşkar edilib.

Zeynəb ƏKBƏR

 





16.08.2017    çap et  çap et