525.Az

Dünya Azərbaycanlıları Assambleyasında yeni təyinat


 

Dünya Azərbaycanlıları Assambleyasında yeni təyinat<b style="color:red"></b>

Dünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib.

Təşkilatdan verilən məlumata görə, Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat, planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olunub.

Qeyd edək ki, bu təyinat A.Qurbanlının iş və təhsil karyerasında ilk uğuru deyil. Bugünə qədər o Bakı Baş Gömrük İdarəsində 2012-2014-cü illərdə inspektor vəzfəsində, 2015-ci ildə Diplomatik Akademiyasında professor köməkçisi işləyib.
 
Hazırda A.Qurbanlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsində mütəxəssis, həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutu və UNİCEF Azərbaycanın “3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” birgə layihəsinin layihə kordinatoru vəzifəsində işləyir.

A.Qurbanlı Diplomatiya Akademiyasını ictimai siyasət ixtisası üzrə magistr təhsili alıb. O, eyni zamanda Yaponiyanın Osaka Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində beynəlxalq ictimai siyasət ixtisası üzrə təhsilini davam etdirib.

Ceyhun ABASOV

 





16.08.2017    çap et  çap et