525.Az

Gürcüstan parlamentinin sədr müavini mer vəzifəsinə namizəd oldu


 

Gürcüstan parlamentinin sədr müavini mer vəzifəsinə namizəd oldu<b style="color:red"></b> Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası parlamentin vitse-spikeri İrma İnaşvilinin Tbilisi meri vəzifəsinə namizədliyini irəli sürüb.
 
APA-nın yerli bürosunun məlumatına görə, İ. İnaşvili qarşıdan gələn seçkiləri azadlıq uğrunda mübarizə adlandırıb: “Seçkilər genişmiqyaslı etiraz aksiyaları fonunda keçiriləcək”.
 
Vətənpərvərlər Alyansı Partiyası sentyabr ayında hökumətin istefası tələbi ilə paytaxt və regionlarda etiraz aksiyaları keçirməyi planlaşdırır. 
 
Qeyd edək ki, bu vaxta qədər Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Yelene Xoştariyanın və Quruculuq Hərəkatı Partiyası isə Tengiz Şerqelaşvilinin namizədliyini irəli sürüb. Seçkilərdə müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq. Seçkilər oktyabrda keçiriləcək.
 





16.08.2017    çap et  çap et