525.Az

Fuad Əhmədlinin şikayəti təmin edilmədi


 

Fuad Əhmədlinin şikayəti təmin edilmədi<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
 
F. Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, F. Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

O, Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.
 





16.08.2017    çap et  çap et