525.Az

DİM-in elan etdiyi ümumi müsahibəyə sənəd qəbulu başa çatdı


 

DİM-in elan etdiyi ümumi müsahibəyə sənəd qəbulu başa çatdı<b style="color:red"></b> Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 24-də dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.
 
APA-nın xəbərinə görə, ümumi müsahibəyə sənəd qəbulu zamanı 55 namizəd qeydə alınıb.
 
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri Mədəniyyət və Turizm Nazirliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (12 vəzifə üzrə 15 yer), Dövlət Statistika Komitəsi (12 vəzifə üzrə 12 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (8 vəzifə üzrə 9 yer), Gəncə Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Sumqayıt Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Cəbrayıl Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer) və Gəncə şəhəri Nizami Rayon Məhkəməsindədir (1 vəzifə üzrə 1 yer).
 
Ümumi müsahibəyə çıxarılan dövlət orqanlarının sayı 9, vakansiyaların ümumi sayı isə 42-dir.
 





17.08.2017    çap et  çap et