525.Az

Bakıda həbsxanada məhkumlar arasında dava


 

Bakıda həbsxanada məhkumlar arasında dava <b style="color:red"></b> Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.
 
Faktla bağlı araşdırma aparılır.
 





17.08.2017    çap et  çap et